​Şəmkirdə evdə başından güllələnmiş kişinin meyiti tapılıb

​Şəmkirdə evdə başından güllələnmiş kişinin
17:45 22.10.2022
222 Hadisə
A- A+

Şəmkir rayonunda baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölən şəxsin meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Bayramov Ruslan Nizami oğlunun meyiti kirayə qaldığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, meyiti tapılan şəxs rayonun Çinarlı kənd sakinidir və o, bir müddətdir Seyfəli kəndində kirayə qalırmış.

Hadisənin necə və kim tərəfindən törədildiyi araşdırılır.