​Güləşçimiz erməni rəqibini məğlub etdi

​Güləşçimiz erməni rəqibini məğlub etdi
18:15 22.10.2022
223 İdman
A- A+

Azərbaycan sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında uğurlu çıxışını davam etdirir.

 74 kq çəkidə çıxış edən idmançı kolumbiyalı və şri-lankalı rəqibindən sonra 1/4 finalda Ermənistan təmsilçisini üstələyib.

Bu mərhələdə Hrayr Alıxanyanla qarşılaşan pəhləvanımız 4:2 hesablı qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Onun final yolundakı son rəqibi moldovalı Vasile Diakon olacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.