​İmişlidə xalaoğlular arasında bıçaqlanma hadisəsi baş verib

​İmişlidə xalaoğlular arasında bıçaqlanma hadisəsi
23:00 22.10.2022
275 Hadisə
A- A+

İmişlidəki qəbiristanlıqların birində bıçaqlanma hadisəsi olub.

APA xəbər verir ki, Araz küçəsində yerləşən qəbiristanlıqda 1990-cı il təvəllüdlü Kamran Əliyev xalası oğlu - 1998-ci il təvəllüdlü Asəf Hətəmovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Kamran Əliyev isə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.