Bir sıra şərtlərlə Rusiya ilə danışmağa hazıram.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Referendumlar bu tarixin nöqtəsi oldu. Danışıqlar aparmaq istəyirlərsə, ərazilərimizdən çıxmalıdırlar. Onlar ərazimizi tərk etməli və 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində torpaqlarımızı bizə qaytarmalıdırlar. Ondan sonra hansı formatda və kiminlə danışmağa hazır olduğumuzu deyəcəyik. Bu, ədalətlidir”, - prezident bildirib.
Qeyd edək ki, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin birləşdirilməsilə bağlı referendum keçirdikdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışmaqdan rəsmən imtina etmişdi.