​Qəddar qatilin atası “Netflix”i məhkəməyə verir

​Qəddar qatilin atası “Netflix”i
10:00 23.10.2022
232 Maqazin
A- A+

Dünyanın ən qəddar qatillərindən biri kimi tanınan Cefri Dahmerin atası oğlu haqda serial çəkən "Netflix" striminq xidmətini məhkəməyə verməyə hazırlaşır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb isə ssenaristlərin Cefrinin ekran işindəki obrazını romantikləşdirməsidir. Onun fikrincə, serialın müəllifləri Dahmerin cinayətlərini çox cəlbedici təqdim ediblər.

Qatilin hekayəsindən bəhs edən “Monster: The Jeffrey Dahmer Story” yayımlandıqdan sonra onun hətta pərəstişkarları da peyda olub. Bundan əlavə, Cefrinin obrazı "Halloween" bayramında kostyum kimi də istifadə olunur. Atasının sözlərinə görə, bu yolverilməzdir.

Qatilin valideyni onu da qeyd edib ki, oğlunun iştirakı ilə çəkilən videolardan istifadə üçün ondan icazə almayıblar. 

Qeyd edək ki, Cefri Dahmer 1992-ci ildə 16 qətldə günahkar bilinərək ömürlük həbs edilib. O, 1994-cü ildə həbsxanada döyülərək öldürülüb.