​Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

​Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini
14:15 23.10.2022
262 İdman
A- A+

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.

Təbrikdə bildirilir:

"Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!"