​Venesuelada leysan yağışları minlərlə insana zərər vurub

​Venesuelada leysan yağışları minlərlə insana
16:00 23.10.2022
264 Dünya
A- A+

Venesuelanın Sukre əyalətində bir gün əvvəl yağan güclü yağışlar nəticəsində 3800 nəfər və mindən çox evə zərər dəyib.

Bunu qubernator Gilberto Pinto oktyabrın 22-də dövlət televiziya kanalında bildirib.

"Yağışlar Sukre əyalətində ümumilikdə 3776 nəfərə, yəni 1160 ailəyə və 1050 evə təsir edib", - deyə o, bəyan edib.

Merida ştatının qubernatoru Cehison Quzman isə qeyd edib ki, son 72 saat ərzində regionun üç bələdiyyəsində 37 ev, həmçinin 7 bənd zərər görüb. Artıq üç bənd bərpa olunub. Quzmanın sözlərinə görə, bölgədə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Mənbə: Oxu.az