​Draqi səlahiyyətlərini İtaliyanın yeni baş naziri Corca Meloniyə verib

​Draqi səlahiyyətlərini İtaliyanın yeni baş naziri
16:40 23.10.2022
274 Siyasət
A- A+

İtaliyanın istefa verən Baş naziri Mario Draqi səlahiyyətlərini hökumətin yeni başçısı Corca Meloniyə verib.

"Report" xəbər verir ki, bu barədə "RaiNews" telekanalı məlumat yayıb.

Altısı qadın olmaqla 24 nazirdən ibarət yeni Nazirlər Şurasının ilk iclasında səlahiyyətlərin ənənəvi təhvil verilməsi mərasimi keçirilib.

Qeyd edək ki, okytabrın 21-də İtaliyada sağçı koalisiyanın namizədi Corca Meloni ölkənin ilk qadın Baş naziri seçilib.