​Ukrayna HHQ İranın 273 PUA-sını vurub

​Ukrayna HHQ İranın 273 PUA-sını vurub
17:00 23.10.2022
220 Ölkə
A- A+

Sentyabrın 13-dən bu günə kimi Ukrayna hərbçiləri İrana məxsus 273 “Şahed-136” kamikadze pilotsuz uçuş aparatını vurub.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.

İqnatın sözlərinə görə, Rusiya Ukraynaya qarşı bu PUA-ların iki növündən istifadə edir.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələri daha 4 "Mohajer-6" hücum pilotsuz təyyarəsini vurub.