​Tərtərdə bir nəfər minaya düşüb - RƏSMİ

​Tərtərdə bir nəfər minaya düşüb -
18:30 23.10.2022
263 Hadisə
A- A+

Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.

İlkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.