​Azərbaycanda 70 yaşlı iş adamı özünü ağzından güllələdi - TƏFƏRRÜAT

​Azərbaycanda 70 yaşlı iş adamı özünü ağzından güllələdi -
19:15 23.10.2022
529 Hadisə
A- A+

Mingəçevirdə özünü güllələyən ahıl şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, 70 yaşlı Bəxtiyar Səmədov bir müddət əvvəl yeni ev alaraq, ikinci həyat yoldaşı ilə ora köçüb. O, hələ ki istintaqa məlum olmayan səbəbdən evinin həyətində oldu silah ilə ağzından atəş açaraq həyatına son qoyub.

Bəxtiyar Səmədov şəhərdə "Aptek Bəxtiyar" kimi tanınıb. Onun ikinci evliliyindən 7 yaşlı oğlu var.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Qeyd edək ki, Bəxtiyar Səmədov əczaçılıq fəaliyyəti ilə məşğul olub.