​İstanbulda polisə silahlı hücum: Bir nəfər yaralanıb

​İstanbulda polisə silahlı hücum:
23:00 23.10.2022
245 Dünya
A- A+

İstanbulun Silivri rayonunda polislərə silahlı hücum olub.

APA “Haber Türk”ə istinadən xəbər verir ki, başqa bir hadisənin təhqiqatı ilə məşğul olan qrupa atəş açılıb.

Hadisə nəticəsində bir polis əməkdaşı yaralanaraq xəstəxanya yerləşdirilib.

Polis iki şübhəli silahlını zərərsizləşdirərək yaxalayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.