Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətini atəşə tutması nəticəsində altı mülki şəxs ölüb.
“RBK Ukraina”-nın verdiyi məlumata görə, bu barədə Donetsk Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
Onun sözlərinə görə, Rusiya ümumilikdə son sutka ərzində Ukraynanın Donetsk vilayətindəki bir neçə yaşayış məntəqəsini atəşə tutub.
Mənbə: Report