​Bakıda avtomobil piyadanı vuraraq öldürüb

​Bakıda avtomobil piyadanı vuraraq
09:45 24.10.2022
229 Hadisə
A- A+

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Məlumata görə, hadisə oktyabrın 23-ü saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü İmanov Tural İslam oğlu etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə yolu keçmək istəyən, şəxsiyyəti məlum olmayan 65-70 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.