​Britaniya kəşfiyyatı: Ukrayna İran dronları ilə daha yaxşı mübarizə aparır

​Britaniya kəşfiyyatı: Ukrayna İran dronları ilə daha yaxşı
10:40 24.10.2022
242 Dünya
A- A+

Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan “Shahed” kamikadze-dronları ilə daha yaxşı mübarizə aparır.

Bu barədə “Ukrainskaya pravda” Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinə istinadən məlumat yayıb.

Həmçinin qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri bu dronlar vasitəsilə raket çatışmazlığını qarşılayır.

O da əlavə olunub ki, Rusiya “Shahed” dronlarından bütün Ukrayna ərazisini vurmaq üçün istifadə edir, lakin Ukrayna onlara qarşı daha yaxşı mübarizə aparır.

Xatırladaq ki, buraxılmış kamikadze-dronların 85 faizinin zərərsizləşdirildiyi rəsmi olaraq təsdiqini tapıb.

Mənbə: Ednews