Azərbaycan prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
Bu barədə informasiyanı “Sputnik Gürcüstan” Telegram kanalı yayıb.
Mənbə yazır ki, İlham Əliyevi baş nazir İrakli Qaribaşvili qəbul edəcək.
Görüş Tbilisidən çox da uzaq olmayan Şato Muxranidə, Baqration-Muxranskix malikanəsində baş tutacaq.
Sonda mətbuat konfransının baş tutacağı deyilir.