2022-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında (NMR) informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılıb, 5 avtomat telefon stansiyası quraşdırılıb, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası binasının yenidən qurulması davam etdirilib.
NMR-in Dövlət Statistika Komitəsi xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2021-ci ilin müvafiq dövründəki göstəricini 2,9% üstələyərək 46 milyon 967 min 800 manat olub.