Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın “çirkli bomba” ilə onlara qarşı təxribat törətməyi planlaşdırdığına dair iddiasına sərt reaksiya verib.
Zelenski bunun “Rusiyanın planı” olduğunu bildirib:
“Onlar bilirlər ki, bu müharibədə bütün ağlasığmaz çirkabların mənbəyi kimdir. Zaporojya AES-i radiasiya təhlükəsi ilə şantaj edənlər kimlər idi? Kaxovka Hes bəndini və onun bölmələrini partlatmaqla şantaj edən rus ordusu idi. Fosfor bombalarından, qadağan olunmuş minalardan və qadağan olunmuş silahlardan istifadə edən də Rusiyadır. Ukrayna həmişə yaxşılığın tərəfindədir”.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bir çox ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxlamasına reaksiya verən Zelenski rusların hazırlaşdığını deyib:
"Avropada kimsə nüvə silahından istifadə edirsə, bu, yalnız ruslardır. Əgər Rusiya zəng edib deyirsə ki, Ukrayna hazırlıq görür, deməli, ruslar onları artıq hazırlayıb”.
Mənbə: Tgrthaber