​Füzulidə avtomobil aşıb, ölən var

​Füzulidə avtomobil aşıb,
11:00 24.10.2022
213 Hadisə
A- A+

Füzuli rayonunda avtomobil aşıb, ölən var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 22-si saat 23 radələrində rayonun 1 saylı Zobucuq qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini İlqar Mahmudov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.