“Agentliyin və mərkəzimizin təşəbbüsü ilə Azərbaycanın bütün səfirliklərində milli mətbəximizdən ibarət guşə açılacaq”.
Bunu Milli Kulinariya Konqresində Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov deyib.
O, özünü sınamaq istəyənləri mərkəzə dəvət edib: "Biz Milli Kulinariya Mərkəzi olaraq qapımızı hamı üçün açıq qoymuşuq. Özünü bu sahədə sınamaq istəyən hər bir kəs istənilən zaman gələ bilər və onlara dövlət qayğı göstərəcək. Amma nəzərə almaq lazımdır ki, milli mətbəximiz bizim milli irsimiz".
Direktor vurğulayıb ki, aidiyyəti qurumlar müştərək formada kulinariya sahəsində işlər aparılmalıdır: “Hesab edirəm ki, belə olan halda, bu sahədə nəzərə çarpacaq dərəcədə uğurlar əldə edilə bilər. Ən əsası isə, cəmiyyətin bu sahəyə baxış bucağı dəyişər”.