Rusiyada bir şirkət 3,5 milyon rubla diri-diri basdırılacaq müştərilər axtarır.
Bu barədə “New York Post” qəzeti məlumat dərc edib.
Məlumata əsasən, diri-diri basdırılma təcrübəsini yaşamaq üçün qurulan şirkət, cavabı “Hə” olanlara 3,5 milyon rubl qarşılığında öz dəfn mərasimlərinə qatılma və 1 saat müddətinə diri-diri basdırılma təcrübəsi təqdim edir.
Qəzetin yazdığına görə, şirkətin qurucusu Yakaterina Preobrazhenskaya bu həftənin əvvəlində müştərilərinə qorxu və narahatlıqlarının öhdəsindən gəlməyə kömək etdiyini iddia edib.