​"Regionumuzda sülh və sabitlik xüsusi əhəmiyyət kəsb edir" - Gürcüstan XİN

​
11:50 24.10.2022
234 Siyasət
A- A+

Əminəm ki, işgüzar səfər çərçivəsində Gürcüstanın regionda sülh və sabitliyə necə daha çox töhfə verməsi müzakirə ediləcək.

Bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.

Bildirilib ki, Gürcüstanın regiondakı sülh və sabitliklə bağlı mövqeyi yaxşı bilinir və bütün əlaqəli məsələlər Prezident İlham Əliyevin səfəri çərçivəsində müzakirə ediləcək.

"Gürcüstanın mövqeyi hamıya məlumdur. Regionumuzda sülh və sabitlik xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan həmişə regionun sabitliyinə və sülhə mühüm töhfə verməyə hazır olduğunu bəyan edib. Bu səfər çərçivəsində bu məsələlərin müzakirə edilməsi imkanı olacaq ki, Gürcüstan da bu istiqamətdə öz töhfəsini verə bilsin. Əminəm ki, bu işçi səfər çərçivəsində keçiriləcək görüşdə Gürcüstanın regionumuzda ümumi marağımız olan istiqamətə - sülh və sabitliyə daha çox necə töhfə verə biləcəyi müzakirə olunacaq”, - İlia Darçiaşvili bildirib.

Mənbə: APA