İrkutskda Su-30 hərbi təyyarəsinin qəzaya uğramasının əsas versiyaları texniki nasazlıq və pilotun səhvidir.
Bu barədə Rusiya İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
“Hazırda müstəntiqlər qəza yerinə əlavə baxış keçirir, kimyəvi və məhkəmə-tibbi ekspertizaları təyin edilib. Uçuşun texniki sənədləri götürülüb, dağılmış fərdi evin sahibləri, aviaşirkətin rəhbərliyi və əməkdaşları dindirilib”, - məlumatda deyilir.
Qeyd edək ki, ötən gün İrkutskda Su-30 qırıcısı yaşayış evinə çırpılıb. Qəza nəticəsində hər iki pilot ölüb.
Mənbə: Axar.az