​Hulusi Akar ukraynalı və britaniyalı həmkarları ilə telefonla danışıb

​Hulusi Akar ukraynalı və britaniyalı həmkarları ilə
12:40 24.10.2022
222 Dünya
A- A+

Türkiyə müdafiə naziri Hulusi Akar Ukrayna müdafiə naziri Oleksiy Reznikov və Britaniya müdafiə naziri Ben Uolles ilə telefonla danışıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Danışıq zamanı Ukrayna kontekstində baş verən son hadisələrlə bağlı qarşılıqlı fikir və məlumat mübadiləsi aparılıb", Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.