​Çavuşoğlu İsveçin yeni XİN başçısı ilə telefonla danışıb

​Çavuşoğlu İsveçin yeni XİN başçısı ilə telefonla
14:15 24.10.2022
210 Siyasət
A- A+

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin yeni təyin olunmuş xarici işlər naziri Tobias Billström ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Qeyd olunub ki, danışıq zamanı Madriddə Türkiyə, İsveç və Finlandiya arasında son iki ölkənin NATO-ya üzv olmaqlarına dair imzalanan üçtərəfli razılaşmanın icrası müzakirə olunub.