​“Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub” - İlham Əliyev

​“Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub” -
14:40 24.10.2022
205 Siyasət
A- A+

"Gürcüstanla ticarət dövriyyəmizin artması bizi sevindirir".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.

Prezident bildirib ki, bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır: “Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Və bu sərmayə qarşılıqlı faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir”.