​Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə gələn il ixrac artırılacaq - Prezident

​Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə gələn il ixrac artırılacaq -
14:45 24.10.2022
213 Siyasət
A- A+

Eyni zamanda, Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə gələn il ixrac artırılacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.

“Biz bununla bərabər, hal-hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac var və böyük potensial var”, - dövlət başçısı vurğulayıb.