"Mən sizin atanızdan, ümummilli lider Heydər Əliyevdən bir sitat gətirmək istəyirəm. Bizim onun xatirəsinə dərin ehtiramımız var. O, Gürcüstanda, Tbilisidə olanda, vaxtilə demişdi ki, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır".
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.
O qeyd edib ki, bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün də bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.