Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə Albaniyaya səfər edəcək.
Bu barədə informasiya “Sputnik Azərbaycan” nəşrində yer alıb.
Mənbə yazır ki, Azərbaycan prezidentinin səfəri Albaniya lideri Bayram Beqayın dəvəti ilə noyabrda baş tutacaq.
Liderlər görüşdə geosiyasi vəziyyəti, əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Mənbə: Ednews