​"Barselona"nın 4000-ci qolunu o vurdu

​
18:15 24.10.2022
227 İdman
A- A+

"Barselona"nın futbolçusu Usman Dembele klubun tarixinə düşüb.

Fransalı hücumçu La Liqanın 11-ci turunda "Atletik"i 4:0 hesabı ilə məğlub etdikləri maçda yubiley qoluna imza atıb.

12-ci dəqiqədə hesabı açan forvard "Barselona"nın çempionatdakı 4000-ci qolunu vurub.

Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. O, bu mövsüm La Liqada 11 oyuna 3 qol vurub, 5 məhsuldar ötürmə edib.