​ABŞ-ın məşhur şirkəti adını dəyişib

​ABŞ-ın məşhur şirkəti adını
17:10 24.10.2022
342 Dünya
A- A+

Neft və qaz hasilatı sahəsində dünyanın ən böyük xidmət şirkətlərindən biri olan ABŞ-ın “Schlumberger” şirkəti adını dəyişib, bu gündən “SLB” adlanacaq.

Bu barədə şirkətin rəsmi açıqlamasında məlumat verilib.

“”Schlumberger” bu gün şirkətin enerji dekarbonizasiyasının gələcəyinə baxışını vurğulayaraq və dünyanın ən böyük neft-mədən xidmətləri şirkətindən qlobal texnolojı şirkətinə çevrilməsini təsdiqləyən yeni adını – “SLB"i elan edib”, - məlumatda qeyd olunur.

Mətbuat xidməti aydınlaşdırıb ki, bu gündən etibarən "Schlumberger" və onun demək olar ki, bütün törəmə şirkətləri yeni SLB brendi altında birləşəcək, bu brend, o cümlədən yeni şirkət loqosu olacaq.

SLB layların inteqrasiya olunmuş qiymətləndirilməsi, quyuların tikintisi, hasilatın idarə edilməsi və karbohidrogen emalı üzrə aparıcı qlobal texnoloji təchizatçıdır. 100-dən çox ölkədə işləyir və Azərbaycanda da təmsil olunub.