​Avropada qazın qiyməti 1000 dollardan aşağı düşdü

​Avropada qazın qiyməti 1000 dollardan aşağı düşdü
19:00 24.10.2022
A- A+

Bu gün Avropada qazın birja qiymətləri, iyunun 14-dən bəri ilk dəfə olaraq, 1000 kubmetr üçün 1000 dollardan aşağı düşüb və 14% azalıb.

BiG.AZ xəbər verir ki, bu barədə Londonun "İCE" Birjasının məlumatında bildirilir.

TTF indeksi üçün fyuçers müqavilələri bazar ertəsi hərracını 1099.4 dollar (-4.5%) ilə açıb. İlk saatlarda qiymətlər təxminən 10% azalıb, lakin günortadan sonra düşmə sürəti artıb.

Hazırda qiymət minimumu 1000 kubmetr üçün 986,3 dollardır (-14,3%).