​Kiyevdə yenidən hava xəbərdarlığı elan edildi

​Kiyevdə yenidən hava xəbərdarlığı
19:30 24.10.2022
243 Siyasət
A- A+

Kiyevdə yenidən hava xəbərdarlığı elan edilib.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, Çerniqov, Poltava, Nikolayev, Çerkassı, Volın, Kirovoqrad, Çernivtsi, İvano-Frankivsk vilayətlərində də hava həyəcanı elan edilib.

Qeyd edək ki, gecə saatlarında Ukraynanın Kirovoqrad, Çerkassı, Dnepropetrovsk, Nikolayev vilayətlərində, eləcə də Zaporojye və Xerson vilayətlərində sirenalar səsləndirilib.