​Cəlilabadda əsgər intihar edib - RƏSMİ

​Cəlilabadda əsgər intihar edib -
17:45 24.10.2022
247 Hadisə
A- A+

Cəlilabadda əsgərin intiharı faktı araşdırılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 2003-cü il təvəllüdlü əsgər Murad Şahbazovun oktyabrın 23-də yaşadığı Cəlilabad rayonu, Günəşli kəndində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: APA