​Səməd Vurğunun nəticəsi Parisdə konsert verdi

​Səməd Vurğunun nəticəsi Parisdə
20:30 24.10.2022
A- A+

Beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Vurğun Vəkilov Parisdə konsert keçirib.

Bu barədə Fransa-Azərbaycan Dialoqu Assosiasiyası məlumat yayıb.

Konsert Fransa paytaxtında yerləşən “Ecole Normale de Musique de Paris” (ENMP) konservatoriyasının məşhur “Salle Cortot” zalında baş tutub. Vurğun Vəkilov çıxışı zamanı Azərbaycanın və Rusiyanın görkəmli bəstəkarları Qara Qarayev və Modest Musorqskinin əsərlərini ifa edib.

Qeyd edək ki, 23 yaşlı Vurğun Vəkilov “Ecole Normale de Musique de Paris” Konservatoriyasının məzunudur. Həmçinin o, prezident təqaüdçüsüdür və 2009-cu ildə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na ​​daxil edilib.