​Yağışdan sonra gəzintiyə çıxdı, tapdığı daş görün nə çıxdı - FOTOLAR

​Yağışdan sonra gəzintiyə çıxdı, tapdığı daş görün nə çıxdı -
21:30 24.10.2022
541 Maraqlı
A- A+

Avstraliyanın Kvinslend vilayətində olduqca maraqlı hadisə baş verib.

Matt Betteridge adlı sakin gecə gəzintisi zamanı Avstraliya sapfiri tapıb. Məlumata görə, qiymətli daşın çəkisi 834 karatdır. Onun qiymətinin təqribən 12000 dollar olduğu bildirilir.

Bildirilir ki, yağış nəticəsində daşın üzərindəki torpaq qismən təmizlənib. Yerli sakin gəzərkən daşa ilişib. Əvvəlcə daşın dəyərli olduğunu düşünməyən sakin, onun rənginə diqqət edərkən şübhələnib.

Araşdırmalar zamanı daşın dəyərli olduğu məlum olub. Sakin bu tapıntını həyatının ən böyük uğuru adlandırıb.