​Fikrət Əmirovun 100 illiyi qeyd ediləcək

​Fikrət Əmirovun 100 illiyi
23:45 24.10.2022
A- A+

Oktyabrın 31-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq.

Konsert proqramı görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə təqdim ediləcək.

Konsertdə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Xalq artisti Fərhad Bədəlbəyli pianoda çıxış edəcək.

Proqramda Fikrət Əmirovun “Azərbaycan” simfonik süitası, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamı, piano və orkestr üçün ərəb mövzuları əsasında kompozisiyalar səsləndiriləcək.