​Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub

​Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi
09:20 25.10.2022
256 Hərbi
A- A+

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub.

Məlumata görə, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.

O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.

R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.

Mənbə: Report