​“Rusiyanın nüvə silahından istifadəsi ciddi nəticələrə səbəb olacaq” - Ned Prays

​“Rusiyanın nüvə silahından istifadəsi ciddi nəticələrə səbəb olacaq” -
10:10 25.10.2022
207 Dünya
A- A+

“Rusiya Ukrayna müharibəsində nüvə silahından istifadə edərsə, bunun qiyməti ağır olacaq”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Ukrayna Rusiyanın ilhaq etdiyi bölgələri öz ərazisində geri almağa çalışarkən, Moskva rəhbərliyinin “çirkli bomba” iddiaları bomba kimi gündəmə gəldi.

Qeyd edək ki, Ukrayna Rusiyanın bu iddialarını cəfəngiyyat kimi qiymətləndirib. ABŞ isə bu iddiaların “dezinformasiya” olduğunu bildirib.

Mənbə: Tgrthaber