​Gələn il müdafiə qabiliyyətinin gücləndirilməsinə ayrılacaq vəsait açıqlanıb

​Gələn il müdafiə qabiliyyətinin gücləndirilməsinə ayrılacaq vəsait
10:45 25.10.2022
220 Hərbi
A- A+

Gələn il ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi üçün dövlət büdcəsindən 5,3 milyard vəsait ayrılması proqnozlaşdırılır.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə bildirilib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır.

2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.