Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən ümumi yığıncağında Akademiyaya yeni prezidentin seçilməsi məsələsinə baxılacaq.
Bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov deyib.
Onun sözlərinə görə, bugünkü iclasda Akademiyanın yeni Nizamnaməsi də qəbul olunacaq:
"Nizamnamə təsdiq olunması üçün Prezident Administrasiyasına təqdim olunacaq. Gündəlikdə yer alan təşkilati məsələyə gəlincə bu, iclasın gedişatında məlum olacaq".
Rəyasət Heyətinin binası məsələsi ilə bağlı isə Arif Həşimov qeyd edib ki, hazırda bu məsələ gündəmdə deyil.
Mənbə: APA