​Hindistan vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

​Hindistan vətəndaşlarını Ukraynanı tərk etməyə
11:20 25.10.2022
221 Dünya
A- A+

Hindistan Xarici İşlər Nazirliyi Ukraynadakı Hindistan vətəndaşlarının mümkün qədər tez zamanda ölkəni tərk edərək tez qonşu ölkələrə getməyi tövsiyə edib.

XİN-in sözçüsü Arindam Baqçi Ukraynadakı Hindistan səfirliyinə vətəndaşların Ukraynanın Macarıstan, Polşa, Moldova, Slovakiya və Rumıniya ilə sərhədlərindəki nəzarət-buraxılış məntəqələri vasitəsilə sürətlə keçidini təmin etmək üçün göstərişlər göndərib.

Səfirliyə göndərilən təlimatda Ukraynadan çıxmaq üçün mümkün marşrutların siyahısı və sərhədi keçmək üçün lazımi sənədlərin siyahısı var.

Mənbə: news.yahoo.com