​Azərbaycanın 2023-cü ildə beynəlxalq münasibətlər sahəsinə ayıracağı vəsait açıqlanıb

​Azərbaycanın 2023-cü ildə beynəlxalq münasibətlər sahəsinə ayıracağı vəsait
11:30 25.10.2022
A- A+

Azərbaycanın 2023-cü ildə beynəlxalq münasibətlər sahəsinə ayıracağı vəsait açıqlanıb.

Bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Qeyd olunub ki, gələn il beynəlxalq münasibətlər sahəsinə 456 500 000 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Qeyd edək ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.