​Azərbaycanda "Whatsapp" ÇÖKDÜ

​Azərbaycanda
11:32 25.10.2022
A- A+

Azərbaycanda səhər saatlarından "Whatsapp" mesajlaşma xidmətində nasazlıq müşahidə olunur.

Proqramda göndərilən mesajlar oxunsa da, cəmi bir "quş" işarəsi ilə gedir və yaxud ümumiyyətlə getmir.

Problem, həmçinin, "Web Whatsapp"da da mövcuddur, yəni bu proqrama kömpüterdən də girmək olmur.

Məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.