​Azərbaycan daxili dövlət borclanmasının yuxarı həddini artırıb

​Azərbaycan daxili dövlət borclanmasının yuxarı həddini
11:55 25.10.2022
A- A+

Azərbaycanın 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 mlrd. 300 mln manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 mln manat təsdiq ediləcək.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə bildirilib ki, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 mlrd manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.

Qeyd edək ki, ötən ilin dövlət büdcəsində dövlət borclanmasının yuxarı həddi 1 mlrd. 100 mln manat, xarici borclanmanın yuxarı həddi isə 600 mln manat olub.