İranda daha bir gənc qız hökumət qüvvələri tərəfindən öldürülüb.
Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Tehranda keçirilən etirazlar zamanı başına dəyənək zərbələri vurulduğu üçün gənc qız komaya düşüb. Reanimasiyaya yerləşdirilən Arnika Qaim Məqami adlı gənc qız oktyabrın 22-də ölüb.
Məsələni ictimailəşdirdikdən sonra, hökumət rəsmiləri qızın yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq öldüyünü iddia ediblər.