​"Ukrayna şəhərlərini yer üzündən silməliyik" - Kadırov

​
13:00 25.10.2022
226 Dünya
A- A+

Rusiyanın yeni ərazilərini müntəzəm atəşə tutmasına cavab olaraq Ukraynaya qarşı sərt tədbirlər görülməlidir.

Bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov telegram kanalında yazıb.

“Məncə, biz Ukrayna Silahlı Qüvvələrinin bu hücumlarına zəif cavab veririk. Əgər Ukrayna mərmiləri ərazimizə uçursa, buna cavab olaraq Ukrayna şəhərlərini Yer üzündən silmək lazımdır ki, uzaq üfüq görünsün. Bizim istiqamətdə nəsə atmaq haqqında düşünməsinlər”, - Kadırov bildirib.