İranda iki ərəb gənc işğəncə edilərək öldürüldü.
Məlumata əsasən, İranın Xuzistan əyalətindən olan 18 yaşlı Mehdi Fərhani və 17 yaşlı Əli Bavəri hökumət qüvvələri tərəfindən qətlə yetirilib.
Əhvaz İnsan Haqları Təşkilatı oktyabrın 24-də yaydığı məlumatda Mehdi Fərhaninin ötən il həbs olunduğunu və cənazəsinin bu günlərdə qardaşına təhvil verildiyini yazıb.
Məlumata əsasən, Əli Bavəri adlı gənc isə həbs edildikdən bir neçə gün sonra meyitinin çaydan tapıldığı bildirilib.
Mənbə: Azad İran