"Lester"in futbolçusu Ceymi Vardi İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
35 yaşlı hücumçu buna 12-ci turda "Vulverhempton"la matçda (4:0) fərqlənməklə nail olub. O, nəticədə 30 yaşından sonra yerli çempionatda 100-cü qolunu vurub. Bu isə rekord hesab olunur. Vardi belə nəticəyə imza atan ilk futbolçudur.
2-ci yerdə "Arsenal", "Kristal Pelas", "Nottinqem Forest", "Vest Hem", "Bernli" kimi komandalarda oynamış sabiq futbolçu lan Uraytdır - 93 qol. "Nyukasl"ın əfsanəvi oyunçusu Alan Şerer 84 qolla 3-cüdür.