Fransa prezidenti Emmanuel Makron Roma Papası Fransiskdən Ukrayna böhranını yaxınlaşdırmaq üçün Rusiya prezidenti Vladimir Putin və Patriarx Kirilllə telefon əlaqəsi saxlamağı xahiş edib.
Bu barədə Fransanın “Le Point” jurnalı məlumat yayıb.
Məlumata əsasən, bazar ertəsi “55 dəqiqəlik auditoriya zamanı Makron pontifikdən prezident Putinə, patriarx Kirillə, eləcə də ABŞ prezidenti Co Baydenə zəng etməyi xahiş edib”.
Jurnalın yazdığına görə, Makron Fransiski “Ukraynada sülhü təşviq etməyə” çağırıb.